Salyanda yol qəzasında bir ailənin 2 üzvü ölüb, xəsarət alanlar var

Salyanda yol qəzasında bir ailənin 2 üzvü ölüb, xəsarət alanlar var
19:07 21 Dekabr 2019
63 Digər
Ölkə mətbuatı
A- A+

Salyanda 2 nəfərin ölümü və 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası olub.
"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Salyan-Şirvan avtomobil yolunun Noxudlu kəndi ərazisində qeydə alınıb.
Həmin ərazidə baş verən yol qəzasında bir ailənin 5 üzvü - Məmmədova Təranə Saleh qızı, 1969-cu il təvəllüdlü Məmmədova Zemfira Seyfulla qızı, 1971-ci il təvəllüdlü Məmmədov Həsən Abdul oğlu, Hacıyev Ələsgər Aqil oğlu, Şükriyyə Məmmədova müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Yaralılar Salyan Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq Z.Məmmədova və T. Məmmədovanın həyatını xilas etmək mümkün olmayıb. Hər ikisi dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/salyanda-yol-qezasinda-bir-ailenin-2-uzvu-olub-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR