"Liverpul"un hücumçusu Məhəmməd Salah 2019-cu ilin klublararası dünya çempionatının nəticəsinə görə ən yaxşı futbolçu kimi turnirin "Qızıl top" mükafatına layiq görülüb.
Bu barədə "Report" FİFA-nın mətbuat xidmətinin "Twitter" səhifəsinə istinadən bildirir.
Yarışın Dohadakı "Halifa İnternational" stadionunda keçirilmiş final matçında "Liverpul" əlavə vaxta "Flamenqo"ya 1:0 heabı ilə qalib gəlib.
Salah klublararası dünya çempionatının "Qızıl top"unu alıb