İsveçrənin qaranlıq üzü - Məşhur cizgi filminin altındakı acı hekayə - FOTO

İsveçrənin qaranlıq üzü - Məşhur cizgi filminin altındakı acı hekayə - FOTO
13:42 22 Dekabr 2019
123 Maraqlı
Ölkə mətbuatı
A- A+

İsveçrədə insanların rifah səviyyəsi bir çox ölkələrə nisbətən xeyli yüksəkdir. Ancaq bu ölkənin tarixi qaranlıq səhifələrlə doludur.

Heidi cizgi filmində bu qaranlıq keçmişin izindən sətiraltı da olsa, bəhs edilir. Əlbəttə ki, İsveçrənin tarixini bilməyən, bu mədəniyyətlə tanış olmayanlar bunun normal olduğunu fərq etməzlər. Qeyd etdiyimiz cizgi filmində Heidinin ayaqlarının çılpaq olması üçün bir səbəb var. Buna səbəb nədir?

Musavat.com listelist.com-a istinadən bu barədə suala cavab verməyə çalışıb.

80 və 90-cı illərdə uşaqların sevimli cizgi filmlərindən biri olan Heidi, gün keçdikcə yaşından asılı olmayaraq hər kəsin sevgisini qazanmışdı.

heidi

Heidi babası ilə Alp dağlarında yaşayırdı. Cizgi filmində bu xarakteri ayaqyalın təsvir edilir

Heidi özü sərbəst ruhulu olduğuna görə ayaqqabı geyinməkdən imtina etsə də, əslində burada fərqli bir mesaj var. Cizgi filminin müəllifi Johanna Spyri burada İsveçrənin qaranlıq tarixinə istinad edir.

heidi

Bəs Heidinin niyə ayaqqabısı yox idi və müəllif Heidi xarakterini yaratmaq üçün nədən ilhamlanıb?

Verdingkinder ... Bu söz "ayaqyalın uşaqlar", başqa sözlə isə, qul uşaqları deməkdir

Qul oğlanlar İsveçrə tarixinin ən qaranlıq nöqtəsidir. Heidi hekayəsi də məhz bu uşaqlara söykənir.

heidi

1789-cu ildə İsveçrədə 14 yaşınadək uşaqlara fabriklərdə işləmək qadağan edilirdi. Ancaq bu qadağa da uşaqların istismarına mane olmadı və 18-ci əsrin sonundan 20-ci əsrin əvvəllərinə qədər İsveçrədə uşaq istismarına alternativ tapıldı.

heidi

18-ci əsrin sonlarında boşanmış cütlüklərin, dövlətə borcu olan ailələrin uşaqları və ya valideynlərini itirmiş, cinayət törətmiş uşaqlar digər ailələrə dövlət və ya kilsələr  tərəfindən satılırdı.

Uşaqlar təsərrüfatlarda işləmək üçün icarəyə verilir, qul kimi satılırdılar

Bu dövrdə uşaqların fermalarda, təsərrüfatlarda yaşadıqları ilə maraqlanmır, onalrın yaşam şəaritini az da olsa yüngülləşdirmirdilər. Əksinə, onlar ən çətin işlərə cəlb edilir, bəzənsə ölənə qədər istismara məruz qalırdılar. Telahsiz uşaqların bir çoxuna isə, təcavüz edilirdi.

Onlar anbarda yatır, çox çalışırdılar. Düzgün qidalana bilməyən bu bəxtsiz uşaqlar, digər azyaşlılardan fərqləndirilmək üçün ayaqqabısız gəzirdilər.

Bu, insanlıq adına utanc gətirən cinayət bütün İsveçrəni bürümüşdü və ölkədə heç kim bu quruluşa qarşı çıxa bilmirdi. Bir tək əcnəbilər bu problemə diqqət çəkməyə çalışırdılar.

heidi

Onlardan biri də uşaqların zülm çəkdiyi fermada işləyən rus həkim idi. Adı mənbələrdə qeyd edilməyən həkim işlədiyi fermada ağır iş şəraitinə dözməyən bir oğlan uşağının ölümü ilə bağlı rəsmi hesabat hazırlayır. O bu hesabatı dövlət rəsmiərinə göndərsə də, buna məhəl qoyan olmur.

heidi

Bundan başqa bəzi qadın təşkilatları və həmkarlar ittifaqları ölkədə getdikcə daha da artan uşaq qulların sayı ilə həyəcan təbili çalsa da, bu da heç bir nəticə vermədi.

"İsveçrənin ayıbı" deyə tarixə düşən köləlik sistemi nəhayət, 1981-ci ildə tamamilə aradan qaldırılıb. İsveçrə höküməti 2013-cü ildə uşaqlığı, gələcəyi əlindən alınan bu uşaqlar və onların ailələrindən üzr istəyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/812456.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR