Ölənlərdən biri yaşyarımlıq körpədir
Binəqədi rayonunda baş vermiş yanğında ölən 16 nəfərdən üçünün şəxsiyyəti müəyyənləşib.
Səhiyyə Nazirliyinin MəhkəmTibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən Lent.az-a verilən məlumata görə, şəxsiyyəti müəyyən olunanlardan ikisi uşaq, biri isə qadındır.
Bunlar Cavadov Ömər Vüqar oğlu ( yaş yarım ), Kərimova Nazilə Malik qızı ( 39 yaş ) və Kərimova Ayan Anar qızıdır ( 5 yaş).