Bakıda DƏHŞƏT - Gecə klubuna gedən 12 yaşlı qızı zorladılar - FOTO

Bakıda DƏHŞƏT - Gecə klubuna gedən 12 yaşlı qızı zorladılar - FOTO
17:22 25 Dekabr 2019
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda Gülbadam adlı yaşlı qadın qəyyumluğa götürdüyü 12 yaşlı Aysun adlı qızı paytaxtda təkbaşına qoyaraq Türkiyəyə alverə gedib. Azyaşlı qız sosial şəbəkədə tanış olduğu qız rəfiqəsinin dəvəti ilə gecə klubuna gedib. Gecə klubuna "Ənkə" ləqəbli İsmayıl adlı şəxslə tanış olan 12 yaşlı Aysun ondan hamilə qalıb.

Milli.Az xəbər verir ki, aylar öncə "Ənkə"dən qaçaraq "Səni axtarıram"a çıxıb, anasını axtardığını deyən Aysunun bu faciəsi eşidənləri dəhşətə gətirib. "Uşaq olanda elə bildim ölüb" deyən Aysun, övladının həyatda olduğunu onu ölümlə təhdid edən sevgilisindən öyrəndiyini deyib.

Hazırda 14 yaşı olan Aysun uşaq sığınacağına yerləşdirilsə də İsmayıl adlı şəxsin təhdidindən sonra oradan qaçıb. Azyaşlı "ana" həmin şəxsin çox təhlükəli olduğunu, Xoşqədəmə efirdə onun adını çəkməməyi məsləhət görüb. Aysun aparıcıya "Ənkə"nin əks təqdirdə onu öldürə biləcəyini deyib. 

Məhəmməd Vaqif
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/813300.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR