“WhatsApp”da yeni funksiya aktivləşir

"WhatsApp" tezliklə yeni funksiyasını aktivləşdirəcək.

Metbuat.az bildrir ki, "Independent"in xəbərinə görə, tətbiqdə "qaranlıq rejim" fəaliyyəti aktivləşəcək.

Məlumatda yeni funksiyanın tətbiqi ilə bağlı rəsmi xəbər olmadığı bildirilib.

Lakin "WaBetaInfo" saytının yayımladığı məlumatda bildirilir ki, "qaranlıq rejim" artıq "Android" istifadəçiləri üçün "WhatsApp" tətbiq yeniləməsinə daxil edilib.

Qedək ki, noyabrın sonlarında "Facebook" "Android" əməliyyat sisteminin bəzi istifadəçiləri üçün "qaranlıq rejim" tətbiq edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR