Kralın keçmiş kürəkəni intihar etdi

Kralın keçmiş kürəkəni intihar etdi
19:42 26 Dekabr 2019
100 Dünya
Ölkə mətbuatı
A- A+

Norveç şahzadəsi Marta Luizanın keçmiş həyat yoldaşı, yazıçı Ari Ben 47 yaşında intihar edərək həyatına son qoyub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "NRK" telekanalı mərhumun ailəsinə istinadən xəbər verib.

"Biz - Ari Benin ən yaxınları böyük hüznlə məcburuq bildirək ki, o, bu gün intihar edərək həyatına son qoyub. Biz gələcək müddətdə şəxsi həyatımıza hörmətlə yanaşmağı xahiş edirik", - telekompaniya yazıçının ailəsi tərəfindən verilən açıqlamanı sitat gətirir.

Qeyd edək ki, Ari Ben şahzadə Marta Luiza ilə 2002-ci ildə ailə həyatı qurmuş, 2016-cı ildə boşanmışdı. Cütlüyün üç qız övladı var.

Ben 1972-ci ildə Danimarkada anadan olub. O, yazıçılıq karyerası boyu oxucularına bir neçə roman və kiçik hekayələr toplusu təqdim edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/813634.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR