Daxili İşlər Nazirliyindən “İnstagram” bağlı

Şəmkir rayon Zəyəm-Cırdaxan kənd sakini, 1962-ci il təvəllüdlü Sədrəddin İsmayılov Daxili İşlər Nazirliyinin (DİN) “İnstagram” sosial şəbəkəsindəki səhifəsinə müraciət edərək həmkəndlisi tərəfindən 780 manat pulunun mənimsənildiyini bildirib.

Metbuat.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, müraciətlə əlaqədar Şəmkir Rayon Polis Şöbəsində araşdırmalar aparılıb. Məlum olub ki, müraciət müəllifi cari ildə həmkəndlisi Qafqaz Bayramova 780 manat ödəniş edərək mebel sifarişi verib. Lakin Q.Bayramov sifarişi yerinə yetirməyib, eyni zamanda müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınıb. Polis əməkdaşlarının səyi nəticəsində Q. Bayramov vətəndaşa dəymiş ziyanı ödəyib. Müraciətinə operativ və qərəzsiz baxıldığı üçün S.İsmayılov DİN rəhəbərliyinı öz təşəkkürünü bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR