Brüs Linin qızı atasına görə bu şirkəti məhkəməyə verdi -

Məşhur Çin aktyor və döyüşçüsü Brüs Linin qızı Şanon Li loqosunda atasının görüntüsünün icazəsiz istifadə etdiyi üçün bir Çin "fast food" restoranını məhkəməyə verib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, aktyorun qızı qurduğu "Bruce Lee Enterprises"şirkəti adından Çində xidmət göstərən "Real Kunq Fu" restoranından 210 milyon yuan təzminat tələb edir.

Restoran tərəfindən verilən açıqlamada isə, Çin qurumlarının bu loqonu uzun müddət əvvəl təsdiqlədikləri bildirilib və iddia rədd edilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR