Bakı. Trend:

ABŞ-ın Havay adalarında içərisində sərnişinlərin olduğu helikopter radarlardan itib.

Trend-in məlumatına görə, helikopterdə yeddi nəfər, o cümlədən iki uşaq olub.

Hazırda helikopterin havadan və dənizdən axtarışları aparılır.

Qeyd olunur ki, Kauai adası üzərində ekskursiyaya yollanan helikopterdən daha sonra heç bir məlumat alınmayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin