Bakı. Trend:

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin müşaviri Kunduz Joldubayeva girov götürməkdə ittiham olunur.

Trend-in məlumatına görə, bu barədə onun vəkili Zamir Jooşev deyib.

Z.Jooşev deyib ki, ona Koy-Taşdakı hadisələr zamanı girov götürmək və iğtişaş törətməkdə ittihamlar irəli sürülüb.

Onun sözlərinə görə, oxşar ittihamlar daha bir Atambayevin tərəfdaşına - keçmiş deputat Meerbek Miskenbayeva qarşı irəli sürülüb.

Vəkil əlavə edib ki, Pervomaiskiy Rayon Məhkəməsi Joldubayeva və Miskenbayev barəsində qətimkan tədbirini təyin edəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin