İraqın Kərkük şəhəri yaxınlığında ABŞ ordusunun yerləşdiyi bazaya bir neçə raket atılıb.

Metbuat.az RİA Novosti-yə istinadən verdiyi məlumata görə, atəş nəticəsində bir amerikalı podratçı həlak olub, bir neçə əsgər yaralanıb.

Adı açıqlanmayan amerikalı rəsmilərdən biri xəbəri təsdiqləyib.