UFC çempionu Həbib Nurməhəmmədov dünyaca məşhur futbolçu Kriştiano Ronaldoya tərif yağdırıb.

Publika.az xəbər verir ki, sosial media hesablarında Ronaldonun fiziki məhdudiyyətli fanatı Əli Turqanbekov ilə paslaşmasını və qucaqlaşmasını əks etdirən videonu paylaşan çeçen döyüşçü qeyd bölməsinə “buna görə də ən yaxşısısan” sözlərini əlavə edib.

Nurməhəmmədovun paylaşımı 12 saata 1,3 milyon izləyici toplayıb.