Bakı, 19 may, AZƏRTAC
Stolüstü tennislə atamın sayəsində tanış olmuşam.
AZƏRTAC “Bakı-2015”ə istinadla xəbər verir ki, bu sözləri birinci Avropa Oyunlarının beynəlxalq idman elçisi Dmitri Ovtçarov deyib.
O bildirib: “Ən böyük uğurum “London-2012” Yay Olimpiya Oyunlarının fərdi yarışlarında qazandığım bürünc medaldır. Avropa çempionatı və qitə kuboku yarışlarının da qalibi olmuşam”.
“Adi məşq günlərində nə ilə məşğul olursunuz?” sualına D.Ovtçarov belə cavab verib: “Gündə iki dəfə məşq edirəm. İki saat və daha çox stolüstü tennisə, 30 dəqiqəni məşqə və növbəti 30 dəqiqəni isə turnikdə dartınmağa ayırıram”.
Tennisçi qeyd edib ki, birinci Avropa Oyunlarında iştirak edəcəyim günü səbirsizliklə gözləyirəm. Qitə çempionatının və kubokunun qalibi kimi ümidvaram ki, Avropa Oyunlarında da qələbə qazanacağam.
Çin mətbəxini çox sevdiyini bildirən idman elçisi müğənnilərdən Maykl Ceksonun azarkeşi olduğunu deyib. O, ən çox sevdiyi filmin “Xaç atası”, qəhrəmanın isə “Batman” olduğunu vurğulayıb.
“Bakı-2015”in beynəlxalq idman elçisi: Stolüstü tennislə atamın sayəsində tanış olmuşam
“Bakı-2015”in beynəlxalq idman elçisi: Stolüstü tennislə atamın sayəsində tanış olmuşam