Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Yevlax şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
FHN-dən Milli.Az-a bildirilib ki, hadisə yerinə cəlb olunan Aran Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1955-ci il təvəllüdlü Muxtarov Nizami İbrahim oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Milli.Az