Moskva klubu azərbaycanlı futbolçunun taleyinə Qətərdəki turnirdən sonra qərar verəcək

Moskva klubu azərbaycanlı futbolçunun taleyinə Qətərdəki turnirdən sonra qərar verəcək
19:27 30 Dekabr 2019
57 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın "Spartak" klubunda çıxış edən azərbaycanlı futbolçu Ayaz Quliyev mövsümün ikinci yarısının hazırlıqlarında iştirak edəcək.
"Report" "Footballhd" nəşrinə istinadən xəbər verir ki, Moskva təmsilçisi 23 yaşlı yarımmüdafiəçinin taleyinə Qətərdəki hazırlıq turnirindən sonra qərar verəcək. 
Quliyevi sabiq komandası "Rostov" icarəyə götürmək istəyir. Oyunçu ilə Kazanın "Rubin" klubunun da maraqlandığı iddia olunur.
Qeyd edək ki, Ayaz Quliyev bu ilin yanvarında "Rostov"dan "Spartak"a keçib. Yarımmüdafiəçinin Azərbaycanın əsas millisinə cəlb olunması gündəmdədir. Moskva klubu 1 - 9 fevralda Qətərin paytaxtı Dohada hazırlıq turnirinə qatılacaq. Rusiya Premyer Liqasında mövsümün ikinci yarısına fevralın sonlarında start veriləcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/spartak-quliyevin-taleyine-qeterdeki-turnirden-sonra-qerar-verecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR