Azərbaycanda qızıl və gümüş bahalaşıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, dekabrın 30-da qızılın qiyməti dekabrın 27-i ilə müqayisədə 2,788 manat artaraq 1 unsiya üçün 2574,8115 manat təşkil edib.
Gümüş 0,0452 manat bahalaşaraq 1 unsiya üçün 30,4661 manata bərabər olub.
Platinin qiyməti 2,295 manat azalaraq 1615,748 manat, palladiumun qiyməti 5,8225 manat azalaraq 3240,8885 manat təşkil edib.
Ad |
30.12.2019 |
27.12.2019 |
|
Qızıl |
XAU |
2574,8115 |
2572,0235 |
Gümüş |
XAG |
30,4661 |
30,4209 |
Platin |
XPT |
1615,748 |
1618,043 |
Palladium |
XPD |
3240,8885 |
3246,711 |
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.
Milli.Az