Bakının məşhur bazarında söküntüyə başlanıldı

Bakının Nizami rayonunda yerləşən "8-ci km Ticarət Mərkəzi"nin ətrafında küçə ticarətinin yığışdırılmasına başlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq Nizami Rayon İcra Hakimiyyətindən bildirilib.

Qeyd olunub ki, ötən gündən başlayaraq bazarın yaxın ətrafında küçə ticarətinin yığışdırılmasına, ərazidə səliqə-sahmanın bərpa olunmasına start verilib.

Bildirilib ki, bu istiqamətdə həyata keçirilən işlər çərçivəsində küçə tiçarətinin təşkil olunduğu piştaxtalar sökülərək ərazidən yığışdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı