Bakı. Trend:

Türkiyədə xüsusi əməliyyatlar zamanı İŞİD terror qruplaşmasının 7 üzvü saxlanılıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, saxlanılanlardan 6-sı Suriya vətəndaşıdır.

Bildirilri ki, xüsusi əməliyyatlar Burdur və Hatay əyalətlərində keçirilib.

Əməliyyatlar zamanı ələ keçirilmiş materiallar əsasında müəyyən edilib ki, saxlanılanlardan biri İŞİD lideri Əbu Bəkr əl-Bağdadidən birbaşa tapşırıqlar alıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin