Qazaxda minik avtomobili, Sumqayıtda isə ev yanıb

07:22 17 Yanvar 2015
119 Digər
Ölkə mətbuatı
A- A+

[ 17 Yanvar 2015 07:16 ]

Bakı-APA. Ötən axşam Qazax və Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qazax şəhərində vətəndaşa məxsus "FORD" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

Sumqayıt şəhərində, dördmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 30 kv.m olan 1 otaqlı mənzilin döşəməsi 2 kv.m sahədə,1 ədəd televizor və eyvanın qapısı qismən yanıb. Yanğın zamanı mənzillərdən 12 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Bütün hallarda yanğın  yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369430

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR