Honkonq polisi 400-dən çox etirazçını saxlayıb

Honkonq polisi 400-dən çox etirazçını saxlayıb
20:42 1 Yanvar 2020
53 Digər
Ölkə mətbuatı
A- A+

Honkonqda Yeni il həmrəyliyi nümayişi keçirilib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "South China Morning Post" yazıb.
Aksiyanın təşkilatçılarının hesablamalarına görə nümayişdə 1,3 milyondan çox insan iştirak edib. Nəşrin polisdəki mənbəyinin məlumatına görə, asayiş keşikçiləri qanunu pozan 400-dən çox aksiyaçını saxlayıb. Nümayiş polisin tələbi ilə vaxtından əvvəl qurtarıb.
Etirazçılar əvvəlki aksiyaların iştirakçılarının tutulmaları, habelə polisin hərəkətləri ilə bağlı araşdırmaların aparılmasını, bütün həbs edilənlər üçün amnistiyanın verilməsini, həmçinin ümumi səsvermə hüququnun tətbiq olunmasını tələb ediblər.
Qeyd edilir ki, bu, kütləviliyi ilə seçilən aksiyalardan olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/honkonq-polisi-400-den-cox-etirazcini-saxlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR