Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb
00:12 2 Yanvar 2020
117 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Sabunçu rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, rayon ərazisində minik avtomobili yolu keçmək istəyən 1982-ci il təvəllüdlü Cəfərov Şəhriyar Tariyel oğlunu vurub.

Yaralı komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, müştərək travma diaqnozu qoyulub. Ancaq həkimlərin müdaxiləsinə baxmayaraq, Ş.Cəfərov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/814963.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR