2019-cu ildə İsrail hərbçiləri tərəfindən 149 fələstinli öldürülüb

2019-cu ildə İsrail hərbçiləri tərəfindən 149 fələstinli öldürülüb
00:57 2 Yanvar 2020
102 Digər
Ölkə mətbuatı
A- A+

Ötən il İsrail hərbçiləri tərəfindən 149 fələstinli öldürülüb.
"Report"un "Anadolu" agentliyinə istinadən məlumatına görə, bu barədə Fələstinin Şəhid Ailələri Milli Cəmiyyətinin xəbərində deyilir.
Qeyd edilir ki, öldürülənlər arasında 33 uşaq və 12 qadın da var.
Təşkilatın məlumatına görə, həlak olmuş 112 fələstinli Qəzza sektorunun sakini olub. Daha 37 fələstinli İordan çayının işğal edilmiş qərb sahilində, 69 nəfər isə İsrailin Hərbi Hava Qüvvələrinin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində həlak olub.
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin məlumatına görə, 2018-ci ildə Qəzza sektorunda və İordan çayının qərb sahilindı İsrail hərbçiləri tərəfindən 295 fələstinli öldürülüb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/2019-cu-ilde-i-srail-herbcileri-terefinden-149-felestinli-oldurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR