Yanvarın 1-dən Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik bir il müddətinə Özbəkistana keçib.
Metbuat.az-ın Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu haqda qərar MDB Dövlət Başçıları Şurasının ötən il oktyabrın 11-də Aşqabadda keçirilən iclasında qəbul edilib.
Özbəkistan eyni zamanda həm də MDB Hökumət Başçıları Şurasına, Xarici İşlər Nazirləri Şurasına və İqtisadi Şuraya sədrlik edəcək.
Özbəkistanın MDB-yə sədrliyi dövründə bir il ərzində təxminən 70 tədbirin keçiriləcəyi, həmçinin 10-dan artıq sənədin qəbul ediləcəyi planlaşdırılır.