Hillari Klinton rektor oldu

Hillari Klinton Şimali İrlandiyadakı Kraliça Universitetinin rektoru təyin olunub.

Metbuat.az xəbər verir ki, Klinton Belfastda yerləşən 175 yaşlı universitetə növbəti beş il ərzində rəhbərlik edəcək. O, bu universitetə təyin olunan ilk qadın rektordur.

Qeyd edək ki, ABŞ-ın sabiq Prezidenti Bill Klintonun həyat yoldaşı, keçmiş Dövlət katibi olan Hillari Klinton universitetə rektor təyin edildiyi üçün məmnun olduğunu bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR