Mütəxəssislərdən tez arıqlamağın 5 üsulu

Mütəxəssislərdən tez arıqlamağın 5 üsulu
03:32 3 Yanvar 2020
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Adi qaydalara riayət etmək qısa müddət ərzində arıqlamağa və sağlamlığı qorumağa kömək edəcək. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "MedikForum.ru" yazır ki, cəmi beş vərdiş bədən quruluşunu yetərincə dəyişə bilər.

Birincisi, diyetoloqlar duzu ədviyyatlarla əvəz etməyi məsləhət görür, çünki onlar metabolizmi sürətləndirir. Belə ki, Çili istiotu orqanizmdə yağ yandırılması proseslərinin stimulyatorudur, xardal və zəncəfil isə beyin reseptorlarına təsir edərək toxluq hissini uzadırlar.

İkincisi, şirniyyatdan imtina etmək lazımdır. O cümlədən, tər meyvə və giləveymə əlavəli qazlı mineral sulardan da istifadə etmək qağandır.  

Üçüncü bənd sağlam yuxu ilə bağlıdır. Arıqlayan insanlar yetərincə yatanda (sutkada 7-9 saat) onların bədənindəki yağ faizi daha intensiv aşağı düşür. Yuxu çatışmazlığı isə toxluq və aclıq hormonlarının balansını pozur.

Dördüncüsü, diyetoloqlar erkən nahar etməyi məsləhət görür - saat 15:00-dək. Bu vaxtdan sonra qida az kalorili olmalıdır.

Və sonuncu bənd - səhər yeməyində yetərincə zülaldan istifadə etmək lazımdır. Belə ki, zülal, sellüloz və yağ orqanizm tərəfindən yetərincə gec mənimsənilir. Yalnız karbohidratla qidalanan şəxsdə isə bir saatdan sonra aclıq hissi yaranacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/814382.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR