Səhər oyanmaqda çətinlik çəkirsinizsə, heç bir şeydən ləzzət ala bilmirsinizsə, özünüzü narahat, hətta dəyərsiz hiss edirsinizsə, ehtiyatlı olun!
Milli.Az xəbər verir ki, bunun səbəbi xalq arasında "qış depressiyası" kimi tanınan mövsümi affektiv pozğunluq ola bilər.
Qış depressiyasından necə qorunmaq olar?
Qış aylarında günəş işığının azaldılması beyində melatonin və serotonin ifrazından məsul olan hipotalamus bölgəsinə təsir göstərir, bədənin daxili saatının fəaliyyətində dəyişikliyə yol açaraq depresiv şikayətlərin ortaya çıxmasına səbəb olur. Türkiyəli psixoloq Sema Sözer qış depressiyasına qarşı 4 təsirli tövsiyə verib:
Günəş işığına çıxın
Gün işığından maksimum yararlanmağa çalışın. Evə qapanmayın, gündə yarım saat da olsa, küçəyə çıxmalısınız. Günorta və ya gündüz bir neçə dəqiqə günəşli havada gəzmək faydalıdır. Günəş işığı əhval-ruhiyyəmizə təsir göstərə bilən serotonin ifrazını təsir edərək, yuxu saatını tənzimləyərək metabolizmə birbaşa təsir edə bilir.
Sosiallaşın
Ailəniz və dostlarınızla vaxt keçirməyə, sizə yaxşı təsir edən və rahatlıq verən insanlarla tez-tez görüşməyə tələsin. Təcrübələrinizi, düşüncələrinizi bölüşmək və yaxınlarınızdan emosional dəstək almaq əhvalınızı yaxşılaşdıracaq.
Məşq edin
Mütəmadi məşq etməyə çalışın. Mümkünsə gün ərzində çöldə gəzin və ya qaçın. İdman müsbət emosiyalar təlqin etdiyi üçün stresslə mübarizə aparmaq daha asan olur, özündən razılıq və özündən məmnunluq hissi yaradır.
Gecə lampasının işığında dayanmayın
İşlədiyiniz və yaşadığınız yerin mümkün qədər yüngül və havalandırıldığından əmin olun. Gün ərzində qaranlıq və ya gecə lampasının fonunda çox dayanmaq hormon balansına mənfi təsir göstərir və mənfi duyğuları artırır. Evdə pəncərə kənarına yaxın oturun və kənardan gələn işıqdan faydalanmağa çalışın. (publika.az)
Milli.Az