“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu rəqəm də investorların dövlət istiqrazlarına olan tələbatını ödəməyəcək.
Məlumata görə, G-7 ölkələrində və bəzi inkişaf etmək də olan ölkələrdə daxili borclanmanın ümümi miqdarı 5 il əvvələ nisbətən 25% artıb.
Qeyd edək ki, bazarların yenidən maliyyələşdirmə ehtiyacına görə ABŞ 4,87 trilyon dollarla birinci, Yaponiya 1,92 trilyon dollarla ikinci yeri tutur. Üçüncü yerdəki Çinin payı bu il təxminən 44,5% azalaraq 351 mlrd dollara düşəcək.
Beynəlxalq investisiya şirkətlərinin ekspertlərinə görə, bu il ABŞ-ın Federal Ehtiyatlar Sistemi və Avropa Mərkəzi Bankı (ECB) istiqraz alışlarının xalis tədarükünü 40% azaldaraq son iki ilin ən aşağı həddinə çatacaq.