Hacıqabulda yol polisi maşını dəmir maneəyə çırpıldı - FOTO

Hacıqabulda yol polisi maşını dəmir maneəyə çırpıldı - FOTO
17:28 4 Yanvar 2020
61 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı-Qazax avtomagistralının Hacıqabuldan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə nəticəsində polis maşını əzilib və yolda nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Faktı təsdiqləyən Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hadisənin mövcud hava şəraiti ilə əlaqədar baş verdiyini bildirilib: “Hava şəraiti ilə əlaqədar olaraq Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti alayının 99 - YP - 870 dövlət qeydiyyat nişanlı patrul maşını idarəetməni itirərək, yol kənarındakı dəmir maneəyə çırpılıb. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/300987.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR