Bakıda daha bir nəfər içkidən zəhərlənərək ölüb

Bakıda ölüm hadisəsi baş verib. Hadisə 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzində qeydə alınıb. Dekabrın 29-da Nizami rayon sakini, 1981-ci il təvəllüdlü Bünyatov Pərviz Şiraslan oğlu zəhərlənmə diaqnozu ilə KTM-nin Toksikologiya Şöbəsinə yerləşdirilib.

Metbuat.az xəbər verir ki, həkimlərin səyinə baxmayaraq, P. Bünyatovun həyatını xilas etmək mümkün olmayıb. O, bu gün günorta saatlarında xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, P. Bünyadov restoranların birində viski içdikdən sonra halı pisləşib və xəstəxanaya aparılıb.(apa)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR