Sabirabad rayonunda dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, Sabirabad rayonunun Şıxsalahlı kənd sakini, 1990-cı il təvəllüdlü Xəlilova Könül Vahid qızı hamam otağında yuyunarkən dəm qazından boğularaq ölüb. O, Şirvan şəhər xəstəxanasına gətirilərkən yolda vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az