Kişi özünü evinin həyətində asdı

Kişi özünü evinin həyətində asdı
16:05 5 Yanvar 2020
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Göyçay rayonunda intihar hadisəsi  baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün rayonun Ləkçıplaq kəndində qeydə alınıb.

Kənd sakini, 1968-ci il təvəllüdlü Qədirov Nail Firudin oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi, hələ ki, dəqiq məlum deyil.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/815459.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR