İranlı nazir: “Donald Tramp ruhən terrorçudur: İŞİD, Hitler... kimi”

İranlı nazir: “Donald Tramp ruhən terrorçudur: İŞİD, Hitler... kimi”
18:37 5 Yanvar 2020
88 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Qərbi Asiyadakı zərərli iştirakının sonu başlayıb.

"CNN" bildirir ki, prezident Trampın "İranın 52 şəhərini hədəf almışıq. Hədəflərimiz arasında İran üçün xüsusi önəmi olan mədəniyyət mərkəzləri də var", açıqlaması kəskin etirazla qarşılanıb.

İranın xarici işlər naziri Cavid Zərif bazar günü "Twitter"də yazıb ki, mədəniyyət abidələrinin məhv edilməsi Beynəlxalq Hüquqa görə cinayətdir: "Mədəniyyət abidələrinin hədəfə alınması müharibə cinayəti sayılır".

"İstər qışqırın, istərsizsə də təpik atın. ABŞ-ın Qərbi Asiyadakı zərərli iştirakının sonu başlayıb".

İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromini isə "Twitter"də yazıb ki, Donald Tramp ruhən terrorçudur: "İŞİD, Hitler və Çingiz xan kimi. O, tezliklə tarixi yenidən öyrənməli olacaq. Heç kəs böyük İran xalqını və mədəniyyətini məğlub edə bilməz".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/815482.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR