İraq parlamenti ölkədə xarici hərbi qüvvələrin fəaliyyətinin dayandırılmasına səs verib
Paylaş
80 baxış·1 dəq oxu
İraq parlamenti ölkə ərazisində xarici hərbi qüvvələrin fəaliyyətinin dayandırılmasına səs verib. Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir. Qeyd edilir ki, ölkənin parlamenti eyni zamanda İŞİD-lə mübarizə üzrə koalisiya ilə imzalanmış sazişin qüvvədə olma müddətini dayandırılmasına səs verib.