Salavat deyən zamanı əlləri qoşalaşdırmağın və sonra üzə çəkməyin dini mənası varmı?

Salavat deyən zamanı əlləri qoşalaşdırmağın və sonra üzə çəkməyin dini mənası varmı?
23:47 5 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Salavatda vacib olan - sözləri söyləməkdir. Dini ayin olaraq salavat - Peyğəmbərin (s) və Əhli-beytin (ə) ruhlarına Allahdan salam, bərəkət və ucalıq istəməkdir. Bunu hər hansı hərəkətlə müşayiət etmək vacib deyil. Bu, bir adət-ənənədir. Belə ki, bəzi məntəqələrdə sağ əl, bəzilərində isə hər iki əl üzə çəkilir.

Milli.Az islam.az-a istinadən bildirir ki, mənası budur ki, qünutda olduğu kimi əllərimizi qoşalaşdırıb üzümüzün bərabərində tutmaqla sanki salavatın sözlərini öz əməl dəftərimizdən oxuyuruq. Bu zaman nəfəsimiz ovcumuza dəyir və sanki salavatın bərəkəti əllərimizə hopur. Sonra əlimizi (əllərimizi) üzümüzə sürtməklə sanki həmin nuru üzümüzə yayırıq. Bir daha təkrar edirik ki, belə etmək vacib deyil və bu hərəkəti təsdiq edən dini sənəd bizə məlum deyil. Vacib olan - salavatın sözlərini düzgün şəkildə söyləməkdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/814464.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR