Bakı. Trend:

Bundesver (Almaniyanın silahlı qüvvələri) İraqda "İŞİD" terror qrupuna qarşı mübarizə üçün beynəlxalq missiyada iştirak edən qüvvələrinin rotasiyasını dayandırır.

Trend-in məlumatına görə, bu barədə AFR-ın Müdafiə Nazirliyinin mətbuat xidməti "Twitter" səhifəsində xəbər yayıb.

Məlumatda qeyd edilir: "İraqdakı vəziyyətin gedişatı səbəbiylə Bundesverin baş müfəttişi (komandanı) Eberhard Zorn ölkədəki silahlı qüvvələr kontingentinin rotasiyasını təxirə salmağa qərar verib".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin