Anatoli Demyanenko "Neftçi"də işləyən zaman mübarizədən kənarlaşdırdığı komandaya baş məşqçi təyin olunub

Anatoli Demyanenko "Neftçi"də işləyən zaman mübarizədən kənarlaşdırdığı komandaya baş məşqçi təyin olunub
16:32 6 Yanvar 2020
58 Digər
Ölkə mətbuatı
A- A+

"Neftçi"nin keçmiş baş məşqçisi Anatoli Demyanenko Slovakiyanın "Nitra" komandasının sükanı arxasına keçib.
"Report"un məlumatına görə, ukraynalı mütəxəssisə slovakiyalı Miroslav Nemets və Miroslav Köniq kömək edəcək. Onların qarşısına komandanı Superliqada saxlamaq vəzifəsi qoyulub. 18 turdan sonra "Nitra" sondan əvvəlki - 11-ci yeri tutur.
Qeyd edək ki, Anatoli Demyanenko "Neftçi"də 2008-ci il yanvarın 4-dən avqustun 23-dək çalışıb. Məhz onun rəhbərliyi dövründə flaqman UEFA İntertoto Kubokunun ilkin mərhələsində "Nitra"nı iki oyunun nəticəsində mübarizədən kənarlaşdırıb - 1:3, 2:0. Demyanenko 2013-cü ildə Ukrayna "Volın"ını tərk etdikdən sonra işsiz idi. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/anatoli-demyanenko-neftci-de-iken-mubarizeden-kenarlasdirdigi-komand

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR