Pentaqonun aparat rəhbəri yanvarın sonuna qədər istefaya gedəcək

Pentaqonun aparat rəhbəri yanvarın sonuna qədər istefaya gedəcək
11:12 7 Yanvar 2020
51 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Müdafiə Nazirliyinin aparat rəhbəri Erik Çuninq yanvar ayının sonunadək vəzifəsindən ayrılacaq.
"Report" TASS-a istinadən xəbər verir ki, onu ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin əməkdaşı Cen Stüart əvəz edəcək.
Məlumata görə, təxminən, bir ildir aparat rəhbəri işləyən E.Çuninq özəl sektora keçəcək. Onu əvəz edəcək C.Stüart daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin keçmiş başçısı general Cozef Danfordun müşaviri kimi çalışıb.
Qeyd edək ki, son həftələrdə Pentaqondan bir çox yüksək vəzifəli əməkdaş - müdafiə nazirinin Hind-Sakit okeanı bölgəsində təhlükəsizlik üzrə köməkçisi Rendall Şriver, insan resursları qurumu üzrə rəhbər müavini vəzifəsini icra edən Cimmi Stüart, ABŞ Müdafiə Nazirliyinin Perspektivli Tədqiqat Proqramları Departamentinin (DARPA) direktoru Stiven Uoker ayrılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/pentaqonun-aparat-rehberi-yanvarin-sonuna-qeder-istefaya-gedecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR