Dünyanın ən dəyərli futbolçusu odur -

Beynəlxalq İdman araşdırmalar mərkəzi (CIES) dünyanın ən dəyərli futbolçularını açıqlayıb.

Metbuat.az xəbər verir ki, ən dəyərli futbolçu kimi PSJ-nin hücumçusu Kilian Mbappe göstərilib. Fransa millisinin üzvünün transfer qiyməti 265,2 milyon avrodur.

“Mançester Siti”dən Rahim Sterlinq 2-ci (223,7 milyon avro), “Liverpul”un hücumçusu Məhəmməd Salah 3-cü (175,1 milyon avro), Dortmund “Borussiya”sının vingeri Ceydon Sanço 4-cüdür 168,9 (milyon avro).

Futbolçuların dəyəri yaş, oynadıqları liqa və bəzi statistikalara görə təyin edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR