Bakı, 20 may, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mayın 26-da saat 11-də Xızı rayonunda Heydər Əliyev Mərkəzində (Heydər Əliyev küçəsi) Sumqayıt şəhəri, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan rayonlarından olan vətəndaşları qəbul edəcək.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt) 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli - Regionlarla iş sektorunun müdiri) qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin aşağıda qeyd edilmiş şəhər (rayon) mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur:
Sumqayıt şəhər mədəniyyət və turizm idarəsi, əlaqələndirici şəxs Namiq Qaffarov (0-18 654-46-51, (050) 216-21-17), Abşeron rayon mədəniyyət və turizm şöbəsi, əlaqələndirici şəxs İlham Manafov ((0-12) 342-11-32, (050) 314-89-86), Xızı rayon mədəniyyət və turizm şöbəsi, əlaqələndirici şəxs Həcər Rəsulova ( 0-2331 5-03-45, (077) 317-57-67), Qubadlı rayon mədəniyyət və turizm şöbəsi, əlaqələndirici şəxs İlham Əhmədov (0-18 644-52-24, (055) 359-39-39), Şuşa rayon mədəniyyət və turizm şöbəsi, əlaqələndirici şəxs Zahid Abbasov ((0-12) 567-88-74, (050) 221-30-09), Zəngilan rayon mədəniyyət və turizm şöbəsi, əlaqələndirici şəxs Mehman Nəsirov ((0-12) 341-40-20
(050) 635-98-82).