İrandan qəzaya uğrayan təyyarənin “qara qutu”su ilə bağlı gözlənilməz

İran Tehranda qəzaya uğrayan Ukraynaya məxsus “Boeing-737” təyyarəsinin “qara qutu”sunu “Boeing”ə verməyəcəyini bildirib.

Metbuat.az-ın xəbərinə görə, bu barədə Mülki Aviasiya Nazirliyinin qəza ilə bağlı açıqlamasında deyilir.

İranın Təcili Yardım İdarəsinin başçısı Pir Hüseyn Kulivend dövlət televiziyasına qəza nəticəsində təyyarədə olan hər kəsin öldüyünü söyləyib.

Xatırladaq ki, Ukraynaya məxsus təyyarə yanvarın 8-də Tehran aeroportunun yaxınlığında qəzaya uğrayıb. İlkin məlumatlara görə, göyərtədə 167 sərnişin və doqquz heyət üzvü olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR