Sosial şəbəkələrdə Tehran yaxınlığında qəzaya uğramış Ukrayna təyyarəsinin yerə çırpıldığı anı əks etdirən kadrlar yayılıb.

Metbuat.az-ın xəbərinə görə, partlayış anı küçə videomüşahidə kameralarına düşüb.

Xatırladaq ki, Tehran-Kiyev reysi ilə hərəkət edən “Boeing 737-800” uçuşdan sonra alovlanıb və aeroport yaxınlığında yerə çırpılıb.

Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 167 sərnişin və 9 heyət üzvü həlak olub.