Voleybol millimiz bu gün Bolqarıstanla qarşılaşacaq

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində bu gün növbəti oyununu keçirəcək.

Metbuat.az-ın məlumatına görə, A qrupunda yer alan Vasif Talıbovun baş məşqçi olduğu kollektiv Bolqarıstanla üz-üzə gələcək. Bu, rəqibin qrupda son oyunu olacaq.

Bolqarıstan ilk turda Polşaya 1:3, II turda isə meydan sahibləri Niderlanda 0:3 hesabı ilə uduzub. Azərbaycan millisi isə hələlik bir oyuna çıxıb. Yanvarın 7-də Niderlandla qarşılaşma 0:3 hesablı məğlubiyyətlə yekunlaşıb.

Növbəti mərhələ şansını böyük ölçüdə itirmiş Bolqarıstana qalib gəlməklə, Talıbovun komandası yarımfinala vəsiqə iddiasını ortaya qoya bilər.

Qrupun digər görüşündə Niderland Polşaya qalib gəlsə, qrup lideri kimi yarımfinala çıxacaq.

Avropa Təsnifat Turniri

9 yanvar

19:00. Bolqarıstan - Azərbaycan

Apeldorn (Hollandiya), "Omnisport" salonu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR