İraqın paytaxtı Bağdad şəhərinin “yaşıl zona”sına raket hücumu olub.

Metbuat.az-ın məlumatına görə, bu barədə “Al Mayadeen” xəbər verib.

Bildirilib ki, hökumət binaları və diplomatik nümayəndəliklərin yerləşdiyi əraziyə iki raket atılıb.

Ərazidə, o cümlədən, ABŞ səfirliyində həyəcan siqnalları işə düşüb.

İraq ordusu isə hücumla bağlı məlumat yayıb və bildirib ki, hadisə nəticəsində ölən və yaralanan yoxdur.