[ 20 May 2015 13:18 ]


Bakı – APA. Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Bakıda yaşayış binasında baş vermiş yanğın zamanı insan ölümləri ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

APA-nın xəbərinə görə, bu barədə səfirliyin “Twitter” səhifəsində yer alan məlumatda bildirilir:

“Dünən baş verən yanğınla əlaqədar Azərbaycan xalqına başsağlığı verir, dünyasını dəyişən şəxslərin ailələrinə səbr diləyirik. Allah rəhmət eləsin”.