Azərbaycan millisi Özbəkistanla yoxlama oyunları keçirəcək

Azərbaycan millisi Özbəkistanla yoxlama oyunları keçirəcək
13:37 9 Yanvar 2020
48 Digər
Ölkə mətbuatı
A- A+

DÇ-2020-nin elit-raund mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan milli komandası Bakıda iki yoldaşlıq oyunu keçirəcək.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma yanvarın 21-də və 22-də Özbəkistan yığması ilə üz-üzə gələcək. Bakı İdman Sarayında keçiriləcək hər iki qarşılaşma saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi DÇ-2020-nin elit-raund mərhələsi çərçivəsində yanvarın 29-da Xorvatiya, 30-da Rusiya, fevralın 1-də isə Slovakiya yığmaları ilə qarşılaşacaq. Bu qrupun oyunları Xorvatiyanın Osiek şəhərindəki “Qradsk vrt Arena”da baş tutacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-millisi-ozbekistanla-yoxlama-oyunlari-kecirecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR