Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova yığma karyerasını başa vurur.
Metbuat.az-ın məlumatına görə, bunu Niderlandda keçirilən Avropa Olimpiya Təsnifat Turnirində Bolqarıstanla matçdan sonra özü açıqlayıb.
30 yaşlı hücumçu bildirib ki, bu gün Polşa ilə matç milli karyerasında sonuncu olacaq: "Tokio Olimpiadasında olmayacağıq. Amma növbəti oyun üçün çox həyəcanlıyam. Çünki bu mənim millidə son matçım olacaq”.
Qeyd edək ki, Ukrayna voleybolunun yetirməsi olan Özbəkistan əsilli dünya rekordçusu 16 yaşından – 2011-ci ildən Azərbaycanda çıxış edir. O, öncə “Azərreyl”ə dəvət edilib, ardınca milliləşdirilib.