Futzal üzrə Azərbaycan millisinin toplanış üçün heyəti açıqlanıb

Futzal üzrə Azərbaycan millisinin toplanış üçün heyəti açıqlanıb
11:57 10 Yanvar 2020
54 Digər
Ölkə mətbuatı
A- A+

DÇ-2020-nin elit-raund mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan millisinin yanvarın 13-dən Bakıda təlim-məşq toplanışı başlayacaq.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 13 gün davam edəcək hazırlıq prosesi zamanı komanda yanvarın 21-də və 22-də Bakı İdman Sarayında Özbəkistan yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.
Baş məşqçi Joze Alesio Da Silva təlim-məşq toplanışı üçün 14 oyunçuya dəvət göndərib. 
Qeyd edək ki, Azərbaycan millisi DÇ-2020-nin elit-raund mərhələsi çərçivəsində yanvarın 29-da Xorvatiya, 30-da Rusiya, fevralın 1-də isə Slovakiya yığmaları ilə qarşılaşacaq. Bu qrupun oyunları Xorvatiyanın Osiek şəhərindəki “Qradsk vrt Arena”da baş tutacaq. 
№ AD, SOYAD KLUB 1 Rövşən Hüseynli Araz 2 Emin Kürdov EKOL 3 Rizvan Fərzəliyev Araz 4 Amir Shojaei Araz 5 İsa Atayev Araz 6 Oliveira Da Nascimento Alarabi Sportinq Club (Küveyt) 7 Jonathan Luiz De Angelis Alarabi Sportinq Club (Küveyt) 8 Ramiz Çovdarov Araz 9 Hadi Ahmadi Araz 10 Eduardo Borges ACCS Futsal Club Paris (Fransa) 11 Xətai Bağırov Araz 12 Tiago Telles Martins Norilsk Nikel (Rusiya) 13 Eshagh Soorghali Azaraxş (İran) 14 Tofik Mikayılov Marafon

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/futzal-uzre-azerbaycan-millisinin-toplanis-ucun-heyeti-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR