İki güləşçimiz Yaşar Doğu turnirində bürünc medal qazanıb (FOTO)

İki güləşçimiz Yaşar Doğu turnirində bürünc medal qazanıb (FOTO)
00:55 11 Yanvar 2020
107 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bu gün Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirə turnirinə start verilib.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, ilk yarış günündə qadınlar arasında 3 çəkidə medalçılar müəyyənləşib. Yığmamızın üzvlərindən Türkan Nəsirova (50 kq) və İrina Netreba (68 kq) bürünc medal qazanıb. Alyona Kolesnik (57 kq) isə 5-ci yerlə kifayətlənib.

Sərbəst güləşçilərin yarışında isə 5 çəkidə mübarizəyə start verilib. Təmsilçilərimizdən Əli Rəhimzadə (65 kq) adını finala yazdırıb. Əfqan Xaşalovla (57 kq) Cəbrayıl Həsənov (86 kq) bürünc medal uğrunda güləşəcək. Pərviz İbrahimov (57 kq), Turan Bayramov (65 kq), Ağahüseyn Musafayev (70 kq) və Osman Nurməhəmmədov (86 kq) isə təsəlliverici görüşlərə çıxacaq.

Qeyd edək ki, sərbəst güləşdə 57, 65, 70, 86 və 97 kq-da medalçılar sabah bəlli olacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3175682.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR