“Stansiyalarda məscidlər, otel komfortlu vaqonlar” - Qətərin yeni metrosu dünyanın gündəmində FOTO

“Stansiyalarda məscidlər, otel komfortlu vaqonlar” -  Qətərin yeni metrosu dünyanın gündəmində FOTO
16:57 11 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Qətərin paytaxtı Dohada 2022 FIFA Dünya Kuboku hazırlıqları çərçivəsində inşa edilən metronun ilk mərhələsi başa çatıb. 6 ildir tikintisi davam edən metro 2019-cu ilin may ayında xaqlın xidmətinə verilib. Tikintisi tam başa çatdıqda uzunluğu 300 km olan 100 dayancaqlı bir metro olacaq. Metro tam olaraq 2026-cı ildə hazır olacaq.

Milli.Az musavat.com-a istinadən bildirir ki, hazırda isə metronun cəmi 18 stansiyası xidmət göstərir.

Bu metronun vaqonları isə görənlərin gözlərini qamaşdırır. Sərnişinlər paytaxtın şərqindəki Əl-Kassar ilə cənubdakı El-Vakra arasındakı metrodan istifadə etmək imkanı əldə ediblər.

Doha metrosu 3 xətdən ibarətdir: "Qırmızı", "Qızıl" və "Yaşıl".

Metro stansiyalarında İslam memarlığı ilə tikilən məscidlər də mövcuddur. Sürücüsü olmayan vaqonların və stansiyaların xarici dizaynı ərəb atlarından ilham alınaraq hazırlanıb.

Metro lüks oturacaqları və texnologiyası ilə seçilir. Qatarın ən böyük infrastruktur layihələrindən biri olan metro, Dünya Kuboku üçün hazırlanan ilk metro olaraq da tarixə düşəcək.  Bu metro vasitəsilə paytaxdakı 5 stadiona rahat şəkildə getmək mümkün olacaq.

Qeyd edək ki, Qətərdə dünya kubokunun oyunları 21 noyabr - 18 dekabr 2022-ci ildə keçirləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/817082.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR